19 noyabr 2016 14:00
Məhəmməd Bədəlbəyli: Heç kimi təhqir etməmişəm
MOİK-in futbolçusu Məhəmməd Bədəlbəyli Birinci Divizionun 12-ci turu çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyunda göstərdiyi xoşagəlməz jestə aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Stadionda tablo işləmirdi. Həmin oyunu izləməyə gələn dostlarımdan biri stadiona gec təşrif buyurmuşdu. O, hesabı bilmədiyinə görə məndən soruşdu, neçə qol vurduğumu öyrənməyə çalışdı. Mən də dedim ki, bir qol vurmuşam. Amma o, eşitməyib təkrar soruşdu. Belədə barmağımla göstərməli oldum. Bununla heç kimi təhqir etməmişəm. Təsadüfən belə alındı. Buna görə mənə cəza veriləcəyini düşünmürəm".
