19 noyabr 2016 13:00
Elxan Abdullayev: Neftçi Sumqayıtla matçın önəmini dərk edir
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün geridə qalan hissəsindəki xal itkilərini unutdurmaq istəyirik. Qələbə bizə sondan əvvəlki pilləni tərk etməyə imkan yaradacaq. Komanda bu görüşün əhəmiyyətini dərk edir. Sumqayıta qələbə üçün gedirik. "Sumqayıt"ı pis komanda hesab etmirəm. Buna görə də onlarla oyun çətin keçəcək. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
