19 noyabr 2016 11:00
Kamran Ağayev: Hər şey yaxşı olsa, sabah meydana çıxacağam
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubunda işlərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda Portuqaliya Kubokunun 4-cü raundu çərçivəsində "Vitoriya Gimaraynş"la oyuna hazırlaşırıq. Bu turnirdə maksimum irəli getmək istəyirik. Hazırda heç bir problemim yoxdur. Əsas da zədəsiz olmaqdır. Hər şey yaxşı olsa, meydana çıxacağam. "Boavişta"nı tərk edə bilərəmmi? Gəlin hadisələri qabaqlamayaq. Qarşıda çox vacib oyunlarımız var. Komandamız mövsümə elə də yaxşı başlamayıb. İndi "Boavişta"nın futbolçusuyam və ancaq yaxşı çıxış etməyimiz barədə düşünürəm".
