19 noyabr 2016 01:30
Dadaşovun komandası səfərdə məğlub oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Dinamo" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 14 turdan sonra "Moyzelvits" 12 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
