19 noyabr 2016 01:15
Əzizov oynadı, komandası uduzdu
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Eyndhoven"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Ziya bu görüşün 76-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Den Boş" 14 turdan sonra 17 xalla 20 komanda arasında 14-cüdür.
