18 noyabr 2016 22:00
Qəbələ Zirəyə, Qarabağ Kəpəzə qalib gəldi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Qəbələ” “Zirə”yə, “Qarabağ” isə “Kəpəz”ə oxşar hesabla (2:1) qalib gəlib.
Əvəzedicilərin çempionatı
12-ci tur
18 noyabr
“Qəbələ” - “Zirə” - 2:1
Qollar: Bəhlul Mustafazadə, 17. Sadiq Quliyev, 85 - Cavidan Ömərli, 69.
“Qarabağ” - “Kəpəz” - 2:1
Qollar: Namiq Ələsgərov, 83; 90+3-pen. - Fərid Məmmədov, 75.
| 1 | Qarabağ | 12 | 8 | 2 | 2 | 25-12 | 26 |
| 2 | Qəbələ | 11 | 6 | 2 | 3 | 23-12 | 20 |
| 3 | Neftçi | 11 | 6 | 1 | 4 | 14-12 | 19 |
| 4 | İnter | 11 | 5 | 2 | 4 | 9-8 | 17 |
| 5 | Zirə | 12 | 4 | 4 | 4 | 14-12 | 16 |
| 6 | Kəpəz | 12 | 3 | 4 | 5 | 12-14 | 13 |
| 7 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 9-21 | 10 |
| 8 | AZAL | 11 | 2 | 0 | 9 | 13-28 | 6 |
Şahin Əliyev ("Qarabağ") - 7 qol | |||||||
