18 noyabr 2016 19:00
Birinci Divizionda qalmaqal: Oyunçular dalaşdı, jurnalist təzyiqə məruz qaldı
Birinci Divizionun 12-ci turu çərçivəsində bu gün baş tutan "Bakılı" - "Energetik" oyunundan (2:4) sonra qalmaqal baş verib. Azerisport.az xəbər verri ki, oyun bitən kimi iki komandanın futbolçuları arasında dava düşüb.
Dava zamanı hadisələri telefonunun yaddaşına köçürən jurnalist də təzyiqə məruz qalıb. Hətta futbolçulardan biri onun telefonunu əlindən alaraq yerə atıb.
Davaya "Bakılı"nın futbolçularından birinin "Energetik"li oyunçunu təhqir etməsi səbəb göstərilir.
