18 noyabr 2016 18:30
AƏFM layihəsi Bərdə və Qaxda
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbirlər Bərdə və Qax rayonunda keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Bərdə rayon İcra Hakimiyətinin nümayəndəsi Eldəniz Səfərov, şəhər bələdiyyəsinin sədr müavini Əbülfəz Qasımov, Gənclər və İdman İdarəsinin rəisi Tahir Quluyev, Qax şəhəri üzrə İcra nümayəndəsi Eldəniz Sarıyev, Gənclər və İdman İdarəsinin rəisi Əlovsət Qurbanov, Uşaq Gənclər və İdman məktəbinin direktoru Mustafa Xasıyev, məşqçilər və təlimatçılar iştirak etmişlər.
