18 noyabr 2016 17:20
Neftçi Denilsonla müqaviləyə xitam verdi
“Neftçi” futbolçu Denilson ilə icarə müqaviləsinə xitam verib. Azerisport.az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Braziliyalı hücumçu müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb. “Neftçi” futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
