18 noyabr 2016 16:30
PFL oktyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
Peşəkar Futbol Liqasının layihəsi olan “Birinci Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.
Mehdiyev pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.




