18 noyabr 2016 16:00
Jayro Neftçinin əsas heyətinə qayıdır
Oktyabr ayında "Neftçi"nin əvəzedici heyətinə göndərilən Jayro yenidən əsas komandaya qayıda bilər. Azerisport.az saytına açıqlamasında bunu baş məşqçi Elxan Abdullayev söyləyib:
"Jayro əvəzedici komandada deyil. O, fərdi proqramla hazırlaşır. Fiziki hazırlığını yaxşılaşdırmaq üzərində çalışır. Formasını yığdıqdan sonra yenidən əsas komandaya qayıda bilər".
