18 noyabr 2016 15:30
Arazın UEFA Kubokunun elit mərhələsi üçün heyəti
Noyabrın 23-də Xorvatiyada futzal üzrə UEFA Kubokunun elit raunduna start veriləcək. Azerisport.az xəbər verir ki, Dördlər Finalına vəsiqə uğrunda Azərbaycan çempionu "Araz" da mübarizə aparacaq.
Naxçıvan klubu yerli "Nasional", "Hamburq" (Almaniya) və "Qazprom Yuqra" (Rusiya) ilə yarışacaq. Növbəti mərhələyə yalnız qrup qalibi olacaq kollektiv yüksələcək.
"Araz"ın baş məşqçisi Miltinyo bu turnirdə aşağıdakı futzalçıların xidmətindən yararlanacaq: Rövşən Hüseynli, Emin Kürdov, Everton, Eduardo, Tyaqo Bolinya, Vassura, Fineo, Anar Məmmədov, Fabio Poletto, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev, Oqtar Rüstəmli.
