18 noyabr 2016 15:15

Serjinyo: Qarabağın pley-offa çıxmaq üçün yaxşı şansı var

"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ"la oyuna hazırsınız?
- Aydın məsələdir ki, belə bir kluba qarşı oyun bizim üçün çox çətin olacaq. "Qarabağ" çox güclü komandadır. Amma buna baxmayaraq, biz bir xal üçün oynayacağıq.

- Birinci dövrədə bu rəqiblə bərabərə qalmışdınız - 1:1.
- Onlar Gəncədə çox yaxşı oynamışdılar. Amma bu dəfə Bakıda oynayacağıq. Bu dəfə xal qazanıb-qazanmayacağımızı isə zaman göstərəcək.

- Sizdən fərqli, rəqib komandanın futbolçularının daha yorğun olduğunu demək olar. Bu, sizin üçün üstünlükdür?
- Hazırda bu, o qədər də önəmli deyil. Bu amil oyuna heç bir təsir göstərməyəcək.

- Bəs rəqibin heyətində kapitan Rəşad Sadıqovun yoxluğu necə?
- Bunu bizim üçün üstünlük saymaq olar. O, "Qarabağ"ın lideridir. Onun yoxluğu bizim işimizi asanlaşdıra, kömək edə bilər.

- "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
- Onların oyunu mənim ürəyimcədir. Avroliqadakı hər matçlarını izləyirəm. Ağdamlıların pley-offa çıxmaq üçün çox yaxşı şansı var. Artıq hər şey özlərindən asılıdır. Fikrimcə, bu şansdan yararlana biləcəklər.

- "Qarabağ"dan sonra sizi "Neftçi", "Qəbələ" və "İnter"lə oyunlar gözləyir...
- Ciddi qrafikdir. Amma biz xal ehtiyatımızı yaxşılaşdırmaq, uğur qazanmaq istəyirik. Bu matçlarda bizə nə qədər çətin olsa da, buna nail olmağa çalışacağıq. Hər biri çox güclü komandadır. Buna baxmayaraq, onlarla görüşə uğur qazanmaq üçün çıxacağıq.

- Azərbaycanda çıxış edən portuqaliyalı legioner olaraq ölkənizdə çıxış edən həmyerlilərimiz - Kamran Ağayev və Emin Mahmudovun "Boavişta"dakı karyerasını necə qiymətləndirə bilərsiniz?
- Bu komandada iki azərbaycanlı futoblçunun çıxış etdiyini bilirəm. Amma düzünü desəm, oyunlarına baxmamışam. Bircə onu bilirəm ki, "Boavişta" yaxşı klubdur. Yaxşı şəraiti var. Bu komandada hər bir futbolçu inkişafa nail ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.