Kakau: Araz UEFA Kubokunu qazana bilər
Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kakau Azərbaycan çempionu "Araz"ın futzal üzrə UEFA Kubokundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz" əvvəlki mərhələdə çox yaxşı çıxış etdi, bütün matçlarda qələbə qazandı. Fikrimcə, bu komandanın final mərhələsinə çıxmaq şansı əllinin əlliyədir. Komandanın əsasını milli üzvləri təşkil edir. Hansı ki, bir müddət öncə dünya çempionatında çıxış etmişdilər. Qrupdakı rəqiblərə gəlincə, bu komandalar heç də yaxşı vəziyyətdə deyil. Məsələn, "Qazprom Yuqra" bu mövsüm heç də yaxşı çıxış etmir. Halbuki, ötən mövsüm ruslar UEFA Kubokunu qazanmışdılar. Özü də biz favorit olduğumuz halda. Bu mövsüm isə "Qazprom Yuqra" favorit sayılsa a, "Araz" UEFA Kubokunu qazanmağa qadirdir. Futzalda hər şey mümkündür".
