18 noyabr 2016 13:15
Denilson Neftçini tərk edir
"Neftçi"nin əvəzedici heyətə göndərilən legionerləri bir-bir klubdan ayrılır. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl Krşevan Santini, Jayro, Vançe Şikov, Dario Melnyak və Denilson Pereyra əvəzedici heyətə göndərilmişdi.
Bununla barışmayan Melnyak bir neçə gün öncə klubla razılığa gələrək müqaviləni qarşılıqlı şəkildə ləğb etmişdilər.
Artıq onlardan daha biri - Denilson da Melnyakın yolu ilə getməyə qərar verib. Hazırda braziliyalı futbolçu ilə klub rəhbərliyi arasında danışıqlar gedir. Yaxın günlərdə onun da "Neftçi" ilə münasibətləri rəsmən bitəcək.
