18 noyabr 2016 13:00
Zaur Svanadze: AZAL hər xal üçün mübarizə aparan komandadır
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətlə bağlı çox ciddi problemlərimiz var. Dörd əsas heyət oyunçumuz bu matçı buraxmalı olacaq. Başqa futbolçulara şans verəcəyik. Qoy əsas heyətdə oynamağa layiq olduqlarını isbatlasınlar. Qələbə qazansaq, liderlərin oyunlarının nəticəsindən asılı olaraq, onlara yaxınlaşa bilərik. AZAL asan rəqib deyil. Onlar bunu "Qəbələ" ilə görüşdə də isbatladılar. Hər xal üçün sonadək mübarizə aparan komandadır. Bu komandaya qalib gəlmək çətin olacaq".
