18 noyabr 2016 11:20
Nayl Makqinn: Azərbaycanla oyun bizim üçün xorvatlarla görüşdən daha önəmli idi
Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Nayl Makqinn Xorvatiyaya qarşı keçirdikləri yoxlama oyunundan (0:3) danışarkən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları qələbədən (4:0) də danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Xorvatiya ilə matçın nəticəsi məyusedicidir. Amma bizim üçün öncəki həftə daha vacib idi. Azərbaycanla oyunda çox önəmli 3 xal qazandıq. Bu, bizim Norveçlə oyuna daha yaxşı əhval ruhiyyədə, həm də qrup ikincisi kimi hazırlaşmağımıza imkan yaradacaq. Gələn il dünya çempionatına vəsiqənin taleyinə aydınlıq gətirmək istəyirik. Azərbaycan üzərində qələbə də bizə bu yolda kömək edəcək". (The Sun)
