18 noyabr 2016 11:00
Ramil Şeydayevin klubu daha bir hücumçu alır
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Türkiyənin "Trabzonspor" klubu yeni hücumçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Trabzon təmsilçisi "Konyaspor"da çıxış edən Ömər Əli Şahiner ilə maraqlanır.
Qeyd edək ki, bundan öncə "Trabzonspor"un İngiltərə "Everton"unda top qovan Umar Niasse ilə maraqlandığı da bildirilirdi. (Lig TV)
