18 noyabr 2016 01:00
Tərlan Əhmədov 45-i haqladı
Ötən gün AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar gün idi. Azerisport.az xəbər verir ki, 1971-ci il noyabrın 17-də dünyaya göz açan mütəxəssis artıq ömrünün 45 ilini arxada qoydu.
Ad gününü iş başında, yetirmələrinin əhatəsində qeyd edən Əhmədovu futbolçular məşqdən sonra təbrik ediblər. Axşam məşqindən sonra komandanın üzvləri ilə birgə çay süfrəsi arxasında görüşən mütəxəssis onun üçün hazırlanmış tortu kəsərək sevincini AZAL-ın kollektivi ilə bölüşüb. (klub saytı)
