17 noyabr 2016 19:15
Şahin Diniyev: Qarabağ nəinki Kəpəzlə, elitanın hər bir klubu ilə oyunun favoritidir
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" nəinki bizimlə, Premyer Liqamızda çıxış edən bütün klublarla oyunların favoritidir. Onlar çoxdan yeni səviyyəyə çıxıblar. Mənim və futbolçularım üçün bu komanda ilə hər bir oyun yeni sınaq və imtahandır. Görək, bu dəfə bu imtahandan necə çıxacağıq. Hər şeyə rəğmən, "Kəpəz" məğlub olmağa hazırlaşmır. Nə qədər gücümüz var, futbol oynamağa çalışacağıq. Reallıq ondan ibarətdir ki, uğur qazanmaq şansımız azadır. Amma az da olsa şans varsa, bunun üçün mübarizə aparmaq lazımdır".
