17 noyabr 2016 18:15
Bu qış Türkiyəyə kimlər gedir, kimlər yox?
Topaz Premyer Liqasında mübarizə aparan klublar tədricən qış hazırlıq planlarına aydınlıq gətirməkdədirlər. Azerisport.az xəbər verir ki, artıq "Kəpəz" və AZAL-ın bu qış ölkə xaricinə üz tutmayacağı bəllidir.
Bu iki klub elə Azərbaycanda təlim-məşq toplanışı planlaşdırırlar. "Qarabağ", "Qəbələ", "İnter" və "Neftçi" Antalyaya yollanmağa hazırlaşır. "Sumqayıt"la "Zirə" də ölkə xaricinə üz tutmaq istəyindədir. Amma onların da AZAL-la "Kəpəz" kimi ölkə ərazisində hazırlıq keçməsi istisna edilmir.
