17 noyabr 2016 16:00
Kəpəz Qarabağla oyuna itki ilə çıxacaq
"Kəpəz" Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşlaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu bu qarşılaşmaya bir itki ilə çıxacaq.
Belə ki, yarımmüdafiəçi Kərim Diniyev cəzalı durumdadır. "Sumqayıt"la son oyunda meydandan qovulan futbolçu Ağdam klubu ilə görüşü buraxmalı olacaq.
