17 noyabr 2016 15:30
Bülənt Qorxmaz Bakıda
"Bakı"nın sabiq baş məşqçisi Bülənt Qorxmaz yenidən Azərbaycana gəlib. Azerispor.az xəbər verir ki, türkiyəli mütəxəssis hazırda ölkəmizdə səfərdədir.
Səfərin məqsədi dəqiq bilinmir. Amma o, Bakıda olduğunu sosial şəbəkədə yaydığı foto ilə təsdiqləyib.
Qeyd edək ki, "Qalatasaray"ın sabiq kapitanı 2009-10-cu il mövsümündə "Bakı"nın sükanı arxasında çalışıb.
