17 noyabr 2016 15:00
Roman Qriqorçuk: Zirvəni əldən verməyimiz bizi narahat etmir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fasilə dövründə yaxşı çalışdıq. Yaxşı vəziyyətdəyik. Zədəli olan Sergey Zenyovdan başqa hamı sağlamdır, sıradadır. Bizim üçün çox çətin oyun olacağını bilirik. Çünki güclü komandaya qarşı mübarizə aparacağıq. Buna baxmayaraq, qələbəyə köklənmişik. Turnir cədvəlindəki üstünlüyümüzü əldən vermişik. Amma bu, bizi narahat etmir. Hazırda işlərimiz kifayət qədər yaxşı gedir".
