17 noyabr 2016 13:40
Ersgebirgenin baş məşqçisi: Nazarovun hansı vəziyyətdə olduğunu bilmirəm
Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Ersgebirge"nin baş məşqçisi Pavel Dotçev 13-cü turda qarşılaşacaqları "Hannover"lə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu oyunda Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun oynamaq şansı barədə də danışıb:
"Hələ Nazarovla Kepkenin hansı vəziyyətdə olacağını bilmirəm. Onlar yığma komandadan yeni qayıdıblar. Onların hazırlığının nə vəziyyətdə olduğuna baxmalıyıq". (Bild)
