17 noyabr 2016 13:20
Şahin Diniyev Kəpəzin qış hazırlıq planlarını açıqladı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev qış fasiləsi ilə bağlı hazırlıq planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"10 günlük təlim-məşq toplanışı planlaşdırırıq. Öncə Gürcüstana yollanmağı planlaşdırmışdıq. Amma orada sınaqçı-rəqib tapmaq baxımından problemlə üzləşdik. Ona görə də Bakıda qalmağa qərar verdik. Çempionatdakı fasilə elə də uzun olmayacaq. Bunu, eyni zamanda maliyyə imkanlarımızın elə də geniş olmadığını nəzərə alıb, belə bir qərar qəbul etdik. Burada yoxlama oyunu keçirmək üçün rəqib tapmaq çətinlik çəkəcəyimizi düşünmürəm. Çünki klubların hamısı Türkiyəyə getməyəcək. Üstəlik, Birinci Divizion klubları ilə də qarşılaşmaq imkanımız olacaq".
