17 noyabr 2016 12:20
Eddi İsrafilov oynadı, Kadis qalib gəldi
İspaniyanın "Kadis" klubu yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "San-Roke" ilə üz-üzə gəlib.
"San-Roke" klubunun 50 illik yubileyi münasibətilə təşkil olunan qarşılaşma "Kadis"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İsrafilov start heyətdə başladığı qarşılaşmanın 78-ci dəqiqəsində, hesab 1:2 olarkən əvəzlənib.
