17 noyabr 2016 00:25

Rəşad Sadiqov: Hər görüşə maksimum nəticə üçün çıxırıq

“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunun “Zirə” ilə ev oyununun hazırlıqlarını doğma stadionda davam etdirir. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlığı klub saytına açıqlamasında dəyərləndirib:

.“Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Fasilədən maksimum yararlandığımızı söyləmək olar. Bu, komanda üçün də vacib idi. Yüksək səviyyədə məşqlər keçib, növbəti görüşlərə tam hazır vəziyyətə gəldik. Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda yaşandığından normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədirlər”.

33 yaşlı yarımmüdafiəçi qarşıdakı görüş haqda da fikirlərini bölüşüb: “Zirə” ilə bu həftə keçiriləcək qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.

Hazırda Topaz Premyer Liqasının turnir cədvəlində lider olan “Qəbələ” fasiləyə qış çempionu kimi yollanmağa yaxındır. Sadiqov bildirib ki, komanda həm ili, həm də mövsümü indiki mövqeyində bitirmək niyyətindədir: “Hazırda çempionatın lideriyik. Mövqeyimizi qorumaq üçün mübarizə aparırıq. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək də ilk pillədə qalaq. Cari mövsümdə hədəfimiz qızıl medallardır. Çempionluğa iddialı olduğumuzdan hər görüşə maksimum nəticə üçün çıxırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.