"Azərbaycan yığması indi daha güclü təsir bağışlayır"
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda Türkiyənin "Manisaspor" klubunda çıxış edən Uğur Pamuk millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolda özünə, komandaya inamın olması böyük amildir. Niyə Azərbaycan yığması qrupdan çıxmasın ki? Cəmi bir oyunda uduzmuşuq. Qarşıda isə hələ çox oyun var. Son altı ildə çox şey dəyişib. İndiki komanda daha güclüdür. Bunu oyuna baxan kimi dərhal hiss etmək olur. Növbəti rəqib Almaniyadır. Etiraf edim ki, bu rəqibi məğlub etmək çox çətin görünür. Mənə gəlincə, yığmanın şərəfini qorumağa hər an hazıram. Amma bunun üçün əvvəlcə "Manisaspor"da normal oynamağım lazımdır ki, milliyə dəvət alım".
