16 noyabr 2016 19:00
Millimizin forvardı legioner statusu daşımağa başladı
Futbol üzrə Azərbaycan yığmasının yeni hücumçusu Dəniz Yılmaz şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubunda artıq legioner statusu alıb. Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyununun 46-cı dəqiqəsində meydana çıxmaqla o, Türkiyə Super Liqasında rəsmən legionerə çevrilmiş oldu.
D.Yılmazla "Bursaspor"da legioner futbolçuların doqquza yüksəlib.
