16 noyabr 2016 18:00
Tural Cəlilov: Bir məğlubiyyətə görə yığmanı tənqid etməyə dəyməz
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Tural Cəlilov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamızdan Belfastda heç-heçə gözləyirdim, amma alınmadı. Bir məğlubiyyətə görə yığmamızı tənqid etməyə dəyməz. Hamı görür ki, inkişaf gedir, komandamız indi daha yaxşı oynayır. Yığamız gözəl futbol sərgiləyir. Bizə isə komandaya dəstək olmaq qalır. Bu qrupda qarşıdakı turlarda maraqlı oyunlar olacaq. Təbii ki, biz də yığmamızdan qələbələr gözləyəcəyik".
