16 noyabr 2016 16:15
Fakundo Pereyra: Qəbələdə yerimdə saymadım, əksər oyunlarda meydana çıxmışdım
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Fakundo Pereyra ötən mövsümü boşa verdiyinə dair fikirlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, öncə "Qəbələ"də, sonra isə Argentinanın "Rasinq" klubunda icarə əsasında çıxış edən futbolçu bunları söyləyib:
"Ötən mövsümü boşa verdiyimi düşünmürəm. Avropa Liqasında çıxış edən "Qəbələ"də idim. Azərbaycan çempionatında da rəqabət çox güclüdür. Əsas odur ki, mən yerimdə saymadım, əksər oyunlarda meydana çıxmaq şansı qazandım". (Sport24.gr)
