16 noyabr 2016 15:40
Norveç yğması baş məşqçisiz qaldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası rəsmi saytı məlumat yayıb.
Hoqmo baş məşqçi postundan cari seçmə mərhələdəki uğursuz nəticələrdən sonra ayrılıb. Onun komandası Bakıda Azərbaycan yığmasına da 0:1 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, Norveç yığması C qrupunda 4 oyunda 3 xal toplayıb. Norveçlilər, millimizlə yanaşı Almaniya və Çexiyaya da məğlub olub.
