16 noyabr 2016 15:20
Ərsun Yanal Ramil Şeydayev ilə görüşdü
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal komandasının hücum xəttində çıxış edən futbolçularla görüş keçirib. Azerisport.az xəbər verir ki, buna səbəb onun komandasının geridə qalan 10 turda cəmi 7 qol vurmaqla ən aşağı məhsuldarlıq nümayiş etdiməsidir.
"Trabzonspor" 6 qola imza atmış "Akhisar"la birgə Super Liqanın ən az qol top vuran iki komandasından biridir. Buna görə də Yanal hər bir hücumçu ilə ayrıca görüşüb, onların motivasiyasını daha da artırmaq qərarına gəlib. Baş məşqçi millimizin forvardı Ramil Şeydayevlə də görüşüb. Hansı ki, indiyə qədər Super Liqa oyunlarında hələ onu meydana buraxmayıb.
