16 noyabr 2016 15:00
Makqinn Bakıda da 3 xal arzulayır
Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Nayl Makqinn DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirəcəkləri növbəti oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Növbəti oyunumuz Norveçə qarşı evdə olacaq. Daha sonra isə Azərbaycan və San Marino ilə səfər oyunlarına yollanacağıq. Bu görüşlərdən 9 xalla ayrılmaq istəyirik. Amma buna nail olmağın çətin olacağını bilirik".
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu 2017-ci ildə, iyunun 10-da baş tutacaq.
