16 noyabr 2016 14:00

Fikrət Hüseynov: Bütün klublar bununla razılaşdılar

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov bu gün baş tutan AFFA Klublar Komitəsinin növbəti iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə müzakirə etdikləri məsələlər barədə məlumat verib:

- İclasın birinci hissəsi uşaq futboluna həsr olunmuşdu. Bu sahədə neqativ hallar çoxdur və onların qısa zamanda aradan qaldırılacağına ümid edirik.

Əsas məsələlərdən biri meydançaların vəziyyəti ilə bağlı idi. "Qarabağ"la "Qəbələ" süni örtüklü meydançaların ləğv olunmasını təklif etdi. Həmçinin Gəncə şəhər stadionunun qazonunu yaxşılaşdırmaq lazımdır. Belə meydançalarda oynamaq çox çətindir. Bu problem növbəti mövsümə kimi yoluna qoyulmalıdır. Məsələ ilə bağlı İcraiyyə Komitəsinə də müraciət edəcəyik. AFFA klubları öz infrastrukturunu daha da yaxşılaşdırmağa məcbur etməlidir. Premyer Liqada çıxış edən klubların meydançaları belədirsə, Birinci Divizion klublarının şəraitindən nə danışa bilərik?

İK-ya reqlamentin dəyişdirilməsi ilə də bağlı müraciət edəcəyik. İndiki məqamda elitanı bir klub tərk etməlidir, Birinci Diviziondan isə üç klub yüksək liqaya çıxmalıdır. Biz təklif etdik ki, Birinci Divizionda ilk iki yeri tutan komanda elitaya birbaşa yüksəlsin. Üçüncü olacaq komanda isə Premyer Liqada sonuncu olacaq klubla pley-off oyunlarında qarşılaşsın. Bütün klublar bununla razılaşdılar. Həm də nəzərə almaq lazımdır ki, Divizion klublarının heç də hamısı lisenziyalaşdırma prosesini keçə bilmir. Premyer Liqada çıxış edən klubun isə belə problemi olmur.

- Sonuncu pillədə hazırda AZAL-ın qərarlaşdığını nəzərə alsaq, bunu özünüzə görə təklif etdiniz?
- Bu, AZAL üçün atılan addım deyil. Hazırda sonuncu pillədə olsaq da, iki qələbə ilə zirzəmidən çıxa bilərik.

- Bu mövsüm yenə toplaşmağı nəzərdə tutursunuzmu?
- Dekabrda daha bir toplantımız olacaq. Ola bilsin ki, hətta iki dəfə yığışaq.

- AZAL-ın stadionu da süni örtüklüdür. Bəs siz necə edəcəksiniz?
- İslam Oyunlarının bəzi yarışları bizim stadionda keçiriləcək. Buna görə onsuz da qazonu təbii ot örtüyünə dəyişəcəyik.

- Futbolçularınızın bir neçə aydır maaş almadığı barədə xəbərlər doğrudur?
- Xeyr. Maaşları zamanında ödəyirik. Klub normal idarə olunur. Bundan sonra necə olacağına isə növbəti ilin martında aydınlıq gələcək. Klub rəhbərliyi həmin ay bir araya gəlib, hər şeyi müzakirə edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.