16 noyabr 2016 12:00
"AZAL-ın büdcəsi 100 000 manatdan bir az artıqdır"
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubdakı maliyyə vəziyyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubumuzdakı maliyyə vəziyyəti ilə bağlı yayılan müxtəlif xəbərlərin heç bir əsası yoxdur. Bizim öz büdcəmiz var. 100 000 manatdan bir az artıqdır. Futbolçularımız elə də böyük pullar almırlar. Amma prinsipcə, başqa klublarda ehtiyatda qalmaqdansa, AZAL-da əsas heyətdə oynamaq yaxşıdır. Klubumuz futbolçular üçün oynamaq, tramplin rolunu oynamaq baxımından vacibdir. Qışda güclənməyə çalışacağıq".
