16 noyabr 2016 11:20
Maykl O`Nil: Əsas hədəfimiz Azərbaycanla oyuna daha yaxşı kökənmək idi
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra Xorvatiya ilə yoxlama oyununda aldıqları 0:3 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Xorvatiyaya məğlubiyyətə görə üzülürük. Çətin oyun olacağını bilirdik. Oyunumuza baxanda, müəyyən məqamlar var ki, razıyıq. Bu, bizim gücümüzü göstərir. Amma bu oyunda bir qədər ləng idik. Lakin hər şeydən önəmli olan Azərbaycanla oyuna daha yaxşı köklənmək və qalib gəlmək idi ki, bunu da bacardıq. Xorvatiya ilə yoxlama matçında uduzsaq da, bundan sonra belə oynamamağa çalışacağıq".
