16 noyabr 2016 11:00
Alanyaspor Neftçi ilə oyuna görə cəzalandı
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Alanyaspor" klubunu cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna sözügedən komandanın bu ilin 23 iyulunda "Neftçi" ilə icazəsiz yoxlama oyunu keçirməsi səbəb olub.
Belə ki, "Alanyaspor" rəsmiləri belə bir oyun keçirəcəyinə dair TFF-yə xəbərdarlıq etməyib. Bu isə qonşu ölkənin futbol qaydalarına ziddir. Bunu əsas gətirən İK klubu 15 000 lirə (təxminən 7500 AZN) cərimə edib.
