16 noyabr 2016 01:00

Rauf Əliyev: Bir məğlubiyyətə görə ümidimizi itirməməliyik

Futbol üzrə Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- Millimizin Şimali İrlandiyaya qarşı səfər oyununa baxdınız?
- Bəli. Komandamızın bu oyunda uğur qazanmasını çox istəyirdim. Əfsuslar olsun ki, alınmadı.

- Sizcə, komandamız niyə Belfastda 0:4 hesablı məğlubiyyətlə üzləşdi?
- Hamımız şimali irlandiyalıların standart vəziyyətlərdən necə yararlandığını gördük. Bu, onların əsas üstünlüyü idi. Qollardan üçünü məhz belə vurmaları da bundan xəbər verir.

- Artıq yığmamızın bu seçmə mərhələni də uğursuz keçirəcəyini düşünmək olar?
- Bir məğlubiyyətə görə ümidimizi itirməyə dəyməz. Yığmamız ilk üç turda uğurlu çıxış etdi. Ümid edirəm ki, bundan sonrakı oyunlarımızda da uğur qazanacağıq.

- Sizcə, hələ heç nə itirilməyib?
- Qarşıda hələ xeyli oyun var. Yeri gəlmişkən, şimali irlandiyalılar da Bakıya gələcəklər. Həmin matçda uğurlu çıxış edə bilərik.

- Yəqin ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu komandaya qarşı keçirdiyiniz səfər oyunu yadınızdadır. Hər halda Belfastda qol vurduğunuz həmin oyunun son saniyələrində qələbəni əldən versəniz də, millimiz xal qazana bilmişdi. Həmin komanda ilə indikini müqayisə edə bilərsiniz?
- Bu dəfə də heyətdə 4 il əvvəl qarşılaşdığımız futbolçuları gördüm. Rəqibimiz heyətini demək olar ki, dəyişməmişdi.

- Millimizin sizin kimi hücumçuya ehtiyacı var idimi? Qarşıdakı oyunlarda sizi meydanda görə biləcəyik?
- Yığmamızın mənə ehtiyacı olub-olmadığını mən deyə bilmərəm. Bu suala başqaları cavab versə, daha yaxşı olar. Amma mən daim yığma üçün vuruşmağa hazıram. Bunun üçün mənə şans verilib-verilməyəcəyini də zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.