15 noyabr 2016 19:00
Millimizin rəqibi baş məşqçisi ilə yollarını ayırır
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki rəqiblərindən biri - Norveç baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, nəinki yerli mətbuat və azarkeşlər, hətta federasiya rəhbərliyi də indiki baş məşqçi Per-Matias Hoqmodan narazıdır.
Norveç mətbuatının məlumatına görə, komandanın 4 turdan sonra 3 xalla qrupda sonuncudan əvvəlki pillədə qərarlaşması onun istefasını qaçılmaz edir. Federasiya rəhbərliyinin elə bu ay onunla yolları ayırıb, yeni baş məşqçi axtarışına çıxacağı bildirilir.
Qeyd edək ki, Norveç yığması bu seçmə mərhələdə Azərbaycanla Bakıdakı oyunda da 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi.
