15 noyabr 2016 17:40
Sumqayıt meneceri: Xaricə yollanmaq planımız olsa da, yekun qərar verməmişik
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov komandanın qış fasiləsi zamanı hazırlq planları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyəyə yollanmaq planlarımıza daxildir. Amma hələ yekun qərarımızı verməmişik. Şübhəsiz ki, hər şey maliyyə şərtlərindən asılıdır. Xaricə yollansaq, yanvarın 10-dan 20-nə qədər orada hazırlıq keçəcəyik".
