15 noyabr 2016 15:30

Ömər Paşayev: Bu, nəinki düz deyil, həm də gülməlidir

FİFA referisi adını alan azərbaycanlı hakim Ömər Paşayev bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb:

- FİFA referisi adını almağınız sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Son ana qədər mənə FİFA referisi adı veriləcəyinə əmin deyildim. Ötən gün Xaqani Məmmədov zəng etdi və bu xəbəri verdi, təbrik etdi. Buna görə çox şadam.

- Bundan sonrakı hədəf nədir?
- Artıq bundan sonra daha məsuliyyətli olmalıyam. Bu, mənim həyatımda çox böyük çağırışdır. Özümü doğrultmalıyam. Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəyəm.

- Əliyar Ağayevin beynəlxalq arenadakı uğurlu idarəçiliyi digər hakimlərimizin yolunu açırmı?
- Əlbəttə. Əliyarla Rəhim (Həsənov) nə qədər yaxşı idarəçilik edirsə, bu, digər hakimlərimiz üçün də yaxşıdır. Bu, alacağımız təyinatlara təsirsiz ötüşmür.

- Deməli, digər hakimlərimiz Əliyara azarkeşlik edirlər?
- Təbii ki, hər birimiz ona görə həyəcan keçiririk, səhv etməməsini, yaxşı qiymət almasını arzulayırıq. Son illərdə azərbaycanlı hakimlərə inam artıb. Yaxın gələcəkdə üç azərbaycanlı hakimlər briqadası öz fəaliyyəti ilə ümidləri doğrultsa, istisna deyil ki, FİFA dördüncü briqadamıza da yol açsın.

- Amma sizin bu təyinatınızdan sonra vaxtilə buraxdığınız səhvlərə görə tənqidlər də oldu...
- Tənqidləri oxumamışam. Amma deyənlər olub. Guya ki, mən Xaqani Məmmədovla münasibətlərim yaxşı olduğuna görə FİFA referisi adı almışam.

- Bu, düz deyil?
- Nəinki düz deyil, həm də gülməlidi. FİFA referisi adı almışam. Layiq olmadığım halda buna necə icazə verərdilər? Buna hazır olmasaydım, heç vaxt belə bir təyinat baş verməzdi. Təsəvvür edirsiniz ki, hansısa beynəlxalq oyunda sistematik səhvlər buraxsam, nə olar?

- Siz Orxan Məmmədovu əvəzlədiniz. Təyinatdan sonra o sizə nə dedi?
- Hələ onunla görüşməmişəm. Bu barədə heç nə deyə bilmərəm. Hər kəsin başına gələ bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.