15 noyabr 2016 15:00

AZAL-a texniki məğlubiyyət, klub rəsmisinə 6 aylıq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında “Qarabağ” - “Sumqayıt” matçının 75-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Kənan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-19 Liqasında “Neftçi” İK İB - “Zirə” matçının 81-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ruslan Mənəfov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-19 Liqasında “Vətən” RİOEUG – “Şərurspor” matçının 85-ci dəqiqəsində “Vətən”in futbolçusu Asif Ələsgərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 70-ci dəqiqəsində “Vətən”in futbolçusu Məhərrəm Həsənova kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Oyunun 70-ci dəqiqəsində “Vətən”in futbolçusu Məhərrəm Həsənova göstərilmiş qırmızı vərəqə ləğv edilib.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

U-19 Liqasının “Turan” İB (Tovuz) – AZAL (Bakı) matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında UGİM Gənclər Birliyi – "Kəlbəcər" (Gəncə) matçında qonaq komanda iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının AZAL - “Qarabağ” matçı başa çatdıqdan sonra AZAL-ın rəsmi şəxsi Sərraf Əhmədov AZAL-ın futbolçusu Nihad Əhmədova qarşı fiziki təsir göstərdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb.

U-12 Liqasında “Təhsil” RİM (Sumqayıt) – UGİM-14 Binəqədi matçının 26-cı dəqiqəsində UGİM-14 klubunun futbolçusu Yusif Baxışlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında "Gülül" (Ağstafa) – UGİM (Qazax) matçında meydan sahibi olan komanda iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının “Ceyhunspor” – “Xəmsə” matçının 25-ci dəqiqəsində “Ceyhunspor”un futbolçusu Seymur Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Təbriz” – FKİT matçının 50-ci dəqiqəsində “Təbriz” meydançanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.