AFFA-dan divizion klublarına sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” - “Zaqatala” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Ağsu” - “Rəvan” matçının 77-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
MOİK - “Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” - “Mil-Muğan” matçının 82-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.
“Göyəzən” - “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şərurspor” - “Şahdağ” matçının 90+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Ramil Mansurov və “Şərurspor”un futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klubları 160 manat cərimə olunub.
