15 noyabr 2016 11:00

Əfran İsmayılov: Milli üçün hələ heç nə itirilməyib, bu qədər tənqid çox üzücüdür

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyunundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Belfastdakı oyunda millimizdən uğurlu nəticə gözləyənlərin sayı çox olsa da, böyük hesablı məğlubiyyətlə həmin şəxsləri məyus etdiniz...
- Bizdən hətta qələbə gözləyənlər var idi və bunu bilirdik. Hətta heç-heçə də uğurlu nəticə olacaqdı. Amma sonda belə məğlubiyyətlə üzləşdik. Halbuki, müsbət nəticə qazanmağı çox isəyirdik. Tənqid edənlər, həddən artıq mənfi fikirlər səsləndirənlər var. Amma başa düşənlər də var ki, hərdən futbolda belə nəticələr də qaçılmaz olur. Məsələn, "Qarabağ"la da Avropa Liqasında İtaliya "Fiorentina"sına 1:5 hesabıyla uduzduq. Lakin sonradan toparlanıb Yunanıstan PAOK-u üzərində ardıcıl qələbələr qazandıq. Odur ki, Belfastdakı oyunu unutmalı və qarşıdakı oyunları düşünməliyik.

- Bu oyunda sizə çoxmu çətin oldu?
- Onlar müdafiədən, həm də ağıllı oynayırlar. Əsas gücləri də standart vəziyyətlərdən yaxşı istifadə etmələridir. Bundan da məharətlə yararlandılar. Rəqib futbolçular bizimlə müqayisədə ucaboy idilər. Biz hava mübarizələrində onlarla əksər mübarizələrdə uduzurduq.

- Bəs bütün bunlara niyə öncədən hazırlaşmamışdınız?
- Bizdə hamı balacaboydur, onlarda isə əksərinin boyu iki metrdən çoxdur. Nə etmək olardı? Qollardan üçünü standart vəziyyətdən vurdular. Əlbəttə, biz də istəməzdik ki, belə alınsın. Çox ciddi hazırlaşmışdıq. Amma məhz standart vəziyyətlər zamanı buraxdığımız üç qol sözünü dedi. Bu, bizim ən zəif nöqtəmiz olaraq qalmaqdadır.

- Millimizin yeni forvardı Dəniz Yılmazın çıxışı barədə nə deyə bilərsiz?
- O, oyuna çox yaxşı qoşuldu və matçın tempini dəyişə bildi. Topu özündə çox yaxşı saxlayırdı. Ona ötürmə verdiyim anda fərqlənə bilsəydi, hər şey daha fərqli və gözəl alına bilərdi. O zaman oyun necə bitərdi, bilmirəm.

- Bakıda bu rəqibdən qisas ala biləcəksiniz?
- Bizə sadəcə, inanmaq lazımdır. Şimali İrlandiya Bakıya gələndə bu məğlubiyyəti analiz edəcəyik və nəticə çıxaracağıq. Doğma meydanda uğur qazana bilərik. Bizim San Marino və Çexiya ilə də ev oyunlarımız qalır. Bu üç ev oyununda qalib gəlsək, ikinci yerə ümid edə bilərik. Sadəcə, bizə olan inam çox azdır. Düzdür, tənqid də olmalıdır. Çünki uduzmuşuq. Biz isə bu tənqidlərdən nəticə çıxarmalıyıq. Yığmamız indiyə qədər belə nəticələr göstərməyib. İndi daha yaxşı oynamağa başlamışıq. Belfastdakı oyunda da ikinci hissədə topla daha çox biz oynadıq. Rəqib sadəcə, standart vəziyyətlərə bel bağlamışdı. Deməyim odur ki, azarkeşlər bizə inansalar, nəticə verə bilərik. Biz də xalqımızı sevindirmək istəyirik. Şimali İrlandiyanın bizimlə oyunda çox yaxşı azarkeş dəstəyi var idi. İnanıram ki, onlarla cavab oyununda bizim azarkeşlər millimizə daha yaxşı dəstək göstərəcəklər.

- Ev oyunlarında yalnız azarkeş dəstəyi sayəsində qələbə qazanmağın mümkün olduğunu düşünürsünüz?
- Bakıdakı bütün oyunlarda maksimum nəticəyə çalışmalıyıq. Rəqiblərimizdən biri də Almaniya olacaq. Amma onlar tamamilə fərqli səviyyədədir və bunu hamı gözəl başa düşür. Həmin oyunda da yaxşı oyun göstərməyə çalışacağıq. Mənim istəyim odur ki, azarkeşlər və jurnalistlər bizə inansınlar. Bizə hər kəsin dəstəyi lazımdır. Hamımız bu yolda birlik nümayiş etdirməliyik. Çünki yığma komanda bizim ürəyimidir. Bu qədər ildən sonra ilk dəfə əlimizə gözəl şans düşüb, bundan yararlanmaq lazımdır. Bir də belə fürsət nə vaxt əlimizə düşəcək, Allah bilir. Rusiyadakı DÇ-yə ən azı qrup ikincisi kimi yollanmaq istəyirik.

- Sosial şəbəkələrdə, mətbuatda ən çox tənqid olunanlardan biri də sizsiniz...
- Tənqidlərə hörmətlə yanaşıram. Onlardan müsbət mənada yararlanmağa çalışıram. Amma istənilən halda mənim üçün baş məşqçinin inamı daha önəmlidir.

- Artıq məşhurlaşmış "Niyə də yox" şüarını "Belə də yox"a dəyişməyə başlayıblar...
- Bircə uğursuzluq olan kimi dərhal fikrini dəyişənlər də tapılır. Bu, bizim ən pis xüsusiyyətlərimizdən biridir. Hər bir komanda uduza bilər. Məğlub olmayan komanda var? Kimsə təsəvvür edə bilərdi ki, 4 turdan sonra yığmamız 7 xalla qrupda 2-3-cü pilləni bölüşəcək? Hətta son məğlubiyyətə baxmayaraq, komandamızı dəstəkləmək lazımdır. Sosial şəbəkələrə baxıram, hərə ağlına gələni yazır. Bu, çox üzücüdür. Axı biz hələ heç nə itirməmişik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.