15 noyabr 2016 00:20
Prosineçki: Belfastdakı 0:4 meydandakı oyunu tam əks etdirmədi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Şimali İrlandiya çox güclü komandadır. Heyətində ucaboylu, çox güclü oyunçular var. Layiqli qələbə qazandılar. Qollardan üçünü standart vəziyyətlər zamanı buraxdıq. Bütövlükdə, yaxşı oynadıq. Hətta topa daha çox biz nəzarət edirdik, amma sonda... Yekun nəticə meydandakı oyunu tam əks etdirmədi. Lakin hərdən belə hallar olur. Qrupumuzdakı komandaların hamısı şimali irlandiyalılarla problem yaşayacaq. Bu komanda Fransadakı AÇ-də də özünü yaxşı tərəfdən göstərə bildi".
(Jutarnji List)
