14 noyabr 2016 20:00
Millimizin sabiq qapıçısı: Ən azı bir xala ümid edirdim
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Andrey Popoviç millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Şimali İrlandiyaya qarşı səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda Azərbaycanda olmasam da, yığmanın oyunları ilə maraqlanıram. Şimali İrlandiya ilə oyunu da izlədim. Əlbəttə, komandanın səfərdə bir, hətta 3 xal qazanacağına ümid edirdim. Amma alınmadı. Buna görə məyus oldum. Qrupdan çıxmağa gəlincə, buna çox ümidliyəm. Oyunçulara görə həmişə həyəcan keçirirəm, bundan sonra da onların uğur qazanmasına azarkeşlik edəcəyəm.
Özümə gəlincə, hələ heç bir yenilik yoxdur. Gözləmə mövqeyi tutmuşam, görək necə olacaq".
