14 noyabr 2016 14:40
Belfastdakı məğlubiyyət milimizi 18 xaldan etdi
Futbol üzrə Azərbaycan yığması FİFA-nın növbəti ay üçün açıqlanacaq reytinq cədvəlində indiki mövqeyini itirəcək.
Azerisport.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyət millimizin hesabından 18 xalın silinməsi ilə nəticələnəcək.
Belə olan halda yığmamız 386 xalla 88-ci pillədən 90-cı yerə düşəcək.
Qeyd edək ki, FİFA-nın yeni reytinq siyahısı noyabrın 24-də açıqlanacaq.
