14 noyabr 2016 14:00
Ayaz Quliyev: Oyundan öncə Azərbaycandan inamlı qələbə gözləyirdim
Rusiyanın gənclərdən ibarət yığmasının və Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının çıxışını izləyirəm. Şimali İrlandiya ilə oyundan öncə komandanın inamlı qələbə qazanacağını düşünürdüm. Niyə uduzduqlarını deyə bilmərəm. Ola bilsin ki, yorğunluq sözünü dedi. Həm də rəqib komanda standart vəziyyətlərdə təhlükəli idi. Bu, onların əsas üstünlüyüdür. Azərbaycanla oyunda da məhz bu üstünlüklərindən yararlandılar".
